16 yaşlı qız 14 yaşlı həmcinsini bıçaqladı (FOTO) » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

16 yaşlı qız 14 yaşlı həmcinsini bıçaqladı (FOTO) – FOTO

16 yaşlı qız 14 yaşlı həmcinsini bıçaqladı (FOTO)


Türkiyədə 2 yeniyetmə qızın dalaşması sonda tərəflərdən birinin bıçaqlanması ilə nəticələnib. ANS PRESS-in xəbərinə görə, hadisə ötən gün Düzcə vilayəti, Kültür məhəlləsindəki Anıtparkda baş verib.

Məlumata görə, 16 yaşlı S.M.G. ilə 14 yaşlı N.B. naməlum səbəblə parkda dalaşmağa başlayıblar. Təpik-yumruq başlayan davada S.M.G. cibindən çıxardığı bıçaqla N.B.ni ayağından bıçaqlayıb.

Bıçaqlanan qızın fəryad etməsi ilə hadisə yerinə polis və təcili yardım çağırılıb. S.M.G. isə bıçağı yerə tullayaraq hadisə yerindən qaçıb. Yaralı N.B. isə təcili yardımla xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *