Avtomobildən narkotik, evdən silah çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Avtomobildən narkotik, evdən silah çıxdı

Avtomobildən narkotik, evdən silah çıxdı


Qazax sakininin avtomobilində narkotik maddə aşkar edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Ceyhun Vəliyevdən 7,37 qram marixuana götürülüb.

Ona məxsus VAZ-2107 markalı avtomobilə baxış zamanı isə əlavə olaraq 8,1 kq marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı Ceyhun Vəliyevin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Bundan başqa, Gəncə sakinindən silah və patron götürülüb. Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayevin evindən nömrəsi oxunmayan baraban tipli tapança və 2 ədəd patron götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *