Bakıda orta məktəbdə döyüş sursatı tapılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda orta məktəbdə döyüş sursatı tapılıb

Bakıda orta məktəbdə döyüş sursatı tapılıb


Bakıda orta məktəbin zirzəmisində döyüş sursatları tapılıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Pirallahı rayonunda orta məktəbin binasının zirzəmisində döyüş sursatları aşkarlanıb.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

FHN-in mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim ücün istifadə edilən) sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *