Bakıda avtomobil piyadanı vurub öldürüb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Avto

Bakıda avtomobil piyadanı vurub öldürüb

Bakıda avtomobil piyadanı vurub öldürüb


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Telnov küçəsində qeydə alınıb.

Belə ki, noyabrın 17-də saat 22 radələrində Bakı şəhər sakini Mehdi Daşdəmirov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub və nəticədə hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *