Eldar Mahmudovun evində “gözlənilməz qonaqlar”: Hesab sormaq üçün getdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Eldar Mahmudovun evində “gözlənilməz qonaqlar”: Hesab sormaq üçün getdilər – VİDEO + FOTO

Eldar Mahmudovun evində “gözlənilməz qonaqlar”: Hesab sormaq üçün getdilər

İllərdir sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovdan şikayətçi olan Yasamal rayon sakinləri Sevda Süleymanova və Elmidar İsmayılov bu dəfə də onun Badamdardakı evinə (ünvan redaksiyaya məlumdur-red.) yollanıblar.
Bu barədə Cebhe.info-ya şikayətçilərin özləri məlumat verib.

Şikayətçilər dediyinə görə, keçmiş nazirin evinə getmələrinə səbəb məsələlərində günahkar bildikləri Eldar Mahmudovla görüşmək və ona görə illərdir çəkdikləri əzabın hesabını sormaq olub: “Həyat yoldaşım Qüvvətəli Süleymanov Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. 5 ildir ki, həyat yoldaşımın azad olunması üçün döymədiyim qapı, müracət etmədiyim qurum qalmayıb. İndi Eldar Mahmudov cavab versin... Onunla görüşmək üçün bağ evinə getdik. İşığı yanırdı və evində adamlar var idi. Bağban Eldar Mahmudovun evdə olmadığını desə də, inandırıcı gəlmədi. Evinin ətrafında xeyli gözlədik ki, bəlkə evdən çıxar və ya ora gələr. Onu görə bilməsək də, tanış olması üçün qapıya məktub buraxdıq. Yoldaşım neçə illərdir ki, həbsdə əzab-əziyyət çəkir. Mən isə- Bakı Dövlət Universitetinin müəllimi yaşaya bilmirəm...”

Elmidar İsmayılovun iddiasına görə, Eldar Mahmudov onu və ailəsini məhv edib. İsmayılovlar ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb: “Həyatımız məhv olub, çox çarəsiz durumdayıq. Bilmirik hara gedək. Hara müraciət ediriksə, deyirlər ki, gedin sifarişçinin özünə şikayətinizi deyin”.

Şikayətçilər Eldar Mahmudovla görüşə bilməsələr də, evinin qarşısında etirazlarını bildirib, əllərində “Eldar Mahmudov, məhv etdiyin həyatı geri qaytar!”, “Eldar Mahmudov “kilkə”lər ərim Süleymanov Qüvvətəlini uddu. Onu həbsdən indi özün azad et!” yazılan plakatlar tutublar.
Eldar Mahmudovun evində “gözlənilməz qonaqlar”: Hesab sormaq üçün getdilər
Eldar Mahmudovun evində “gözlənilməz qonaqlar”: Hesab sormaq üçün getdilər


Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *