Bakıda 57 min manatlıq oğurluq » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda 57 min manatlıq oğurluq

Bakıda 57 min manatlıq oğurluq


Bakının Binəqədi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, paytaxtın Binəqədi rayon Polis İdarəsinə müraciət edən Davudov Naib Məcid oğlu yaşadığı mənzilə naməlum şəxs və ya şəxslərin soxulduğunu, mənzildən külli miqdarda pul və qızıl oğurlandığını bildirib.

“7-ci mikrorayon, 3126-cı məhəllədəki fərdi yaşayış evində heç kim olmadığı bir vaxtda mənzilin plastik pəncərəsi sındırılaraq evə daxil olunub. Daha sonra isə mənzildən 37 min manat pul və 20 min manat dəyərində qızıl oğurlanıb.” – deyə şikayətçi yazdığı ərizəsində qeyd edib.

Binəqədi rayon Polis İdarəsindən bildirildi ki, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *