Türkiyədə dəhşətli qətl törədən azərbaycanlı qadına hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Türkiyədə dəhşətli qətl törədən azərbaycanlı qadına hökm oxundu

Türkiyədə dəhşətli qətl törədən azərbaycanlı qadına hökm oxundu

Türkiyədə üç Gürcüstan vətəndaşını öldürən Marneuli sakini Azadə Ömərova və digər iki şübhəli şəxs – Vüqar Quliyev və Elnur Antesov məhkəmə qarşısında cinayət törətməkdə təqsirli biliniblər.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan Baş prokurorluğu məlumat yayıb.

Prokurorluqdan bildirilib ki, saxlanılanlar 2016-cı il yanvarın 28-də Türkiyənin Düzcə bölgəsində Marneuli sakini olan Emma Şərifovanı, onun bacısı Elnaz Şərifova və nəvəsi Sahib Həsənovun boğazını kəsərək amansızcasına qətlə yetiriblər.

Bundan əvvəl cinayətkarlar birlikdə Düzcəyə gələrək orada yaşayan Şərifovlar ailəsinin etibarını qazanaraq evlərində qalıblar.

Gürcüstan Baş prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Azadə Omarova, Elnur Antesov və Vüqar Quliyevə qarşı Gürcüstan CM-nin 109-cu maddəsinin 2 və 3-cü bəndi ilə (iki və ya daha çox şəxsin, tamah üçün bir qrup şəxs və ya sifariş nəticəsində qəsdən adam öldürmə) cinayət işi qaldırılıb, hər üç şəxsi 16 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözlədiyi barədə məlumat verilib.

Məlumata görə, Azadə Ömərova cinayət törətdiyini boynuna alıb. Məhkəmənin qərarı ilə əslən azərbaycanlı olan Azadə Ömərova 17 il azadlıqdan məhrum olunub.

Digər təqsirli bilinən şəxslərin məhkəməsi davam edəcək.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *