İrəvanda güllə səsləri eşidildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

İrəvanda güllə səsləri eşidildi

İrəvanda güllə səsləri eşidildi


Ötən axşam İrəvanda yenə silahlı insident baş verib.

ANS PRESS-in məlumatına görə, Ermənistan polisinin mətbuat xidməti bu barədə məlumat yayıb. Hadisə axşam saatlarında baş verib. Bildirilir ki, polis bölməsinə atışma faktı ilə bağlı məlumat daxil olub. Məlumata görə, 51 yaşlı Suren diz nahiyəsində güllə yarası alıb. Kişi bildirib ki, ona maşından atəş açılıb.

Keçirilən axtarış tədbirləri nəticəsində məlum olub ki, hadisə paytaxtın mərkəzi küçələrində birində yerləşən ofisdə baş verib. Sureni 53 yaşlı Arsen adlı şəxs güllələyib.

Sonda izahat verən cinayətkar təqsirini boynuna alıb və cinayətdə istifadə etdiyi silahı polisə təqdim edib. Tapança ekspertizaya verilib. Arsen isə saxlanılıb. İstintaq aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *