Dünya çempionu oğurluq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Boks

Dünya çempionu oğurluq etdi

Dünya çempionu oğurluq etdi


Kikboksinq üzrə dördqat dünya çempionu İrakli Qvindjiliya oğurluq edərkən yaxalanıb.

ANS PRESS-in məlumatına görə, dünya çempionunu Moskvada "Şokoladnitsa" kafesində müştəridən 70 min rubl oğurlayıb.

Qvindjiliya müştərin cibindən oğurladığı pulları daha sonra öz ehtiyacları üçün xərcləyib. Hadisə 4 yanvar tarixində baş verib. Oğurluq edən adamın şəxsiyyətini müəyyən etmək elə də çox vaxt lazım olmayıb.

Bir ticarət şirkətinin direktoru olan kafe müştərisi polisə müraciət edərək bildirib ki, onun pencəyinin cibindən 70 min rubl itib. İş adamının köməyi ilə hüquq-mühafizə orqanları oğrunun şəxsiyyətini təyin etməyi bacarıblar. Məlum olub ki, bu əməli dünya çempionu İrakli Qvindjiliya edib. İdmançı oğurluq əməlini tamamilə etiraf edib.

İş adamı idmançının tanındığını nəzərə alaraq ondan şikayət etməyib. İrakli Qvindjiliya bildibdi ki, həmin pulları şəxsi ehtiyacları üçün xərcləyıb. İdmançı həmin pulları geri qaytara bilməyəcəyini söyləyib.

Qeyd edək ki, İrakli Qvindjiliya kikboksinq üzrə Gürcüstan yığmasında məşq edib. O, ölkənin nüfuzlu və titullu idmançılarından biridir. 2004-cü ildə "K-1" üzrə dünya çempionu olan İrakli Qvindjiliya bu müvəffəqiyyətini daha üç dəfə təkrarlayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *