İtkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

İtkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub

İtkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub


Lənkəran rayonunda 4 il əvvəl itkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.

Aznews.info-un Report-a istinadən xəbərinə görə, hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.
F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib.

Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyidi basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *