Azərbaycanlılar və gürcülər arasında atışma: ölənlər var » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Azərbaycanlılar və gürcülər arasında atışma: ölənlər var

Azərbaycanlılar və gürcülər arasında atışma: ölənlər var


Rusiyanın Sankt Peterburq şəhərində restoranlardan birində atışma olub.

ANS PRESS-in məlumatına görə, atışma Sankt Peterburq şəhərində "Qurman" restoranında fevralın 1-i gecə saat 4 radələrində baş verib.

Bildirilir ki, atışmadan əvvəl azərbaycanlı və gürcü arasında mübahisə düşüb. Mübahisə ilə söhbətlərini həll edə bilmədikdə tərəflər silaha əl atıblar.

Atışma zamanı güllələrdən biri restoranın azərbaycanlı direktoruna dəyib. O, xəstəxanada ölüb. Gürcü isə elə hadisə yerində keçinib.

Atışmada bir neçə azərbaycanlı və gürcü iştirak edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Atışmada iştirak edən şəxslərin axtarışı davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *