Dilbər kişiləri belə aldatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Dilbər kişiləri belə aldatdı

Dilbər kişiləri belə aldatdı


Bakıda qadının törətdiyi dələduzluq əməli ilə bağlı polisə bir neçə şikayət ərizəsi daxil olub.

ANS PRESS-in lent.az-a istinadən verdiyi məlumatına görə, Masallı rayon sakini, 1964-cü il təvəllüdlü Xəlilov Ehtiram Malik oğlu müraciət edərək bildirib ki, bu il martın 15-də paytaxt sakini Dilbər Süleymanovaya Badamdar qəsəbəsi, 3-cü massiv adlanan ərazidə 3 sot torpaq almaq üçün 5500 manat verib. Lakin qadın vədinə əməl etməyib və pulu geri qaytarmayıb.

Bundan başqa Ağdam sakini, 1975-ci il təvəllüdlü Şirinov Nurəddin Nüsrət oğlu və Masallı sakini, 1970-ci il təvəllüdlü Nurullayev Məhəmməd Yusif oğlu da eyni şikayətlə polisə müraciət edib. Onların hər biri Dilbər Süleymanovaya yuxarıda qeyd edilən ərazidə 3 sot torpaq almaq üçün 3 min manat verdiklərini və aldandıqlarını qeyd ediblər.

Araşdırmalar davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *