Daily Mail: İŞİD əsirlərin orqanlarını satır » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Daily Mail: İŞİD əsirlərin orqanlarını satır

Daily Mail: İŞİD əsirlərin orqanlarını satır


İŞİD terror qruplaşması həkimlərdən nəinki ölmüş silahlıların, həmçinin uşaqlar da daxil olmaqla sağ əsirlərdən orqanlarını çıxarmağa məcbur edirlər.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Daily Mail iraqlı həkimlərə istinadən məlumat yayıb.

Məlumata görə, silahlılar insan orqanlarının satışından böyük mənfəət əldə edirlər. Orqanların çıxarılması İraqın şimalında İŞİD-in nəzarətində olan Mosul şəhərinin xəstəxanalarında həyata keçirilir.

“Əməliyyatlar xəstəxanalarda keçirilir, orqanlar qara bazara çıxarılaraq satılır. Orqanlar nəinki ölmüş silahlılardan, həmçinin yaralı və sağ əsirlərdən də götürülür”, deyə “Əl Monitor news” nəşrinin hazırladığı hesabatda qeyd olunur.

Hesabata əsasən, çıxarılan orqanlar Səudiyyə Ərəbistana və Türkiyəyə ötürülür.

Hesabatda, həmçinin, İŞİD silahlılarının Əfqanıstanda istehsal olunmuş heroinin qaçaqmal yolu ilə Avropaya çatdırılmasını təmin etdikləri bildirilir. Belə ki, hesabatın müəllifləri Rusiya Narkotiklərə Nəzarət Federal Xidmətinə istinadən iddia edirlər ki, İŞİD Əfqanıstan heroininin Avropaya tədarükünün yarısını təmin etməklə böyük məbləğdə gəlir edir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *