28 yaşlı gənc polisləri güllələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya, Foto

28 yaşlı gənc polisləri güllələdi – FOTO

28 yaşlı gənc polisləri güllələdi


Amerikada polislər qətlə yetirilib. ANS PRESS-in məlumatına görə, hadisə şənbə günü baş verib. 28 yaşlı afroamerikalı İsmayıl Abdullah Brinsli Nyu-Yorkun Brukli rayonunda iki polisi güllələyib və sonra özünü öldürüb.

Tapança ilə silahlanmış cinayətkar polis avtomobilinə yaxınlaşaraq heç bir söz demədən atəş açıb. Digər polis maşınının yaxınlaşdığını görə Brinsli metroya qaçıb və özünü güllələyib.

28 yaşlı gənc polisləri güllələdi


Yaralı polislər xəstəxanaya yerləşdirilsələr də, onları xilas etmək mümkün olmayıb.

İsmayıl Brinsli polislərə hücum etməzdən təxminən 3 saat əvvəl Instagram sosial şəbəkəsindəki səhifəsində polislərin ünvanına bir neçə hədələyici mesaj göndərib.

Bunlardan birinin mətni belədir: "Onlar bizdən birini öldürdülər, gəlin biz də onlardan ikisini öldürək."
O, bu yazının altına tapança şəkli qoyub.

28 yaşlı gənc polisləri güllələdi


Nyu-York polis idarəsinin rəisinin sözlərinə görə, İsmayıl cinayəti tək törədib və onun hansısa terror qruplaşmasının üzvü olduğu istisna edilir.

Qeyd edək ki, 24 noyabrdan ABŞ-da polislərə qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etiraza səbəb qaradərililərin polis tərəfindən qətlə yetirilməsidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *