İnterpol müsəlman alimlərin rəhbərini axtarır » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

İnterpol müsəlman alimlərin rəhbərini axtarır

İnterpol müsəlman alimlərin rəhbərini axtarır


İnterpol "Qırmızı xəbərdarlıqla" (Red Notice) beynəlxalq müsəlman alimlər ittifaqının prezidenti Yusif Əl-Kardavinin axtarışını elan edib.

ANS PRESS-in məlumatına görə, alim haqqında anket məlumatlar və fotoşəkillər beynəlxalq axtarış təşkilatın saytında yerləşdirilib. "Qırmızı xəbərdarlıq" axtarışa verilən şəxsin həbsi üçün beynəlxalq order deyil, lakin İnterpol bu xəbərdarlıqla təşkilatın üzv-ölkələrinə sənəddə göstərilən şəxsin həbsi üçün məhkəmənin qərar çıxardığını xəbər verir.

88 yaşlı alimin həbsinə "Müsəlman qardaşlar" təşkilatının ruhi lideri olduğu üçün Misir məhkəməsi qərar verib və İnterpola da Misir müraciət edib. Misir və Qatar vətəndaşı olan Yusif Əl Karadavi bir çox cinayətlərdə, eləcə də cinayətkar sövdələşmə, cinayətə təhrik və yardım, məhbusların qaçmasına yardım, vandalizm, yanğın və soyğun kimi əməllərdə təqsirləndirilir.

O, Misirin sabiq prezidenti Məhəmməd Mursini dəstəkləyən tanınmışlardan olub. Karadavi ilə yanaşı Müsəlman Qardaşları (İhvan) təşkilatının bir sıra liderləri də beynəlxalq axtarışa verilib.

İnterpol axtarılan şəxsin yerinin müəyyən edilməsini və təhvil verilmək şərti ilə saxlanılmasını xahiş edir.

Şeyx Yusif Əl-Kardavi 9 sentyabr 1926-cı ildə Misirdə doğulub. Milliyətcə ərəb və misirlidir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *