Zaqatalada dövlət idarəsinin həyətində intihar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Zaqatalada dövlət idarəsinin həyətində intihar – YENİLƏNİB

Zaqatalada dövlət idarəsinin həyətində intihar


Zaqatalada dövlət müəssisəsinin həyətində asılmış meyiti tapılan şəxsin kimliyi məlum olub.

AzNews.info xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aparılan araşdırma zamanı məlum olub ki, intihar edən şəxs həmin idarənin gözətçisi, Zaqatala şəhər sakini, 1964-cü il təvəllüdlü Pənah Şeyub oğlu Osmanovdur.

Baş vermiş hadisə ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

10:58

Zaqatala rayon Mənzil Kommunal Təsərrüfat Birliyində intihar hadisəsi baş verib.

AzNews.info xəbər verir ki, APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında Zaqatala şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları işə gələrkən idarənin həyətində asılmış kişi meyiti aşkar ediblər.

Dərhal hadisə barədə polis və prokurorluq əməkdaşlarına məlumat verilib.

Zaqatala rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, meyiti aşkarlanan şəxsin kimliyi hələlik məlum deyil.

Onun kimliyinin və hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *