Bakı avtobusunda qadına şok yaşatdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakı avtobusunda qadına şok yaşatdılar

Bakı avtobusunda qadına şok yaşatdılar


Bakıda sərnişin avtobusunda cibgir tutuldu.

Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 8-də saat Cavadxan küçəsində 85 saylı xətt avtobusunda Şərur rayon sakini 1974-cü il təvəllüdlü Mayis Süleymanov saxlanılıb.

O, Bakı şəhər sakini Sədaqət Əzizovanın cibindən 45 manat pulunu oğurlayıb, avtobusdan düşüb qaçarkən tutulub.

İlkin araşdırma zamanı Mayis Süleymanovun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub. Axtarış zamanı onun üzərindən 9,32 qram marixuana və 45 manat pul götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *