Rusiya vətəndaşı Bakıda adam güllələdi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiya vətəndaşı Bakıda adam güllələdi

Rusiya vətəndaşı Bakıda adam güllələdi


Bakıda silahlı insident olub.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Rusiya vətəndaşı Vəli Əhmədov aralarında yaranmış mübahisə zəminində Bakı şəhər sakini Sənan İsmayılova “Vinçester” markalı silahdan atəş açıb.

S. İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən V. Əhmədov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *