Moskvada baş vermiş atışmada azərbaycanlılar da yaralandı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Moskvada baş vermiş atışmada azərbaycanlılar da yaralandı

Moskvada baş vermiş atışmada azərbaycanlılar da yaralandı


Münaqişədə azı 15 nəfər iştirak edib.

Moskvanın “Kaxovskaya” metro stansiyasının qarşısında baş vermiş atışma zamanı 4 nəfər yaralanıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, münaqişədə azı 15 nəfər iştirak edib.

Məlumata görə, yaralılardan biri qarın nahiyəsindən, digərləri isə aşağı və yuxarı ətraf nahiyəsindən güllə yarası alıb.

Atışma zamanı metronun yaxınlığında park edilmiş bir neçə avtomobil zədələnib.

Hadisə yerinə polis qüvvələri cəlb olunub. Hadisə yerində aşkarlanmış gilizlərin “Makarov” tipli tapançaya aid olduğu ehtimal edilir.

İnsident nəticəsində aşağıdakı şəxslər yaralanıb:

1. Rüstəmov Munis, 30 yaş

2. Kərimov Əzim, 20 yaş

3. Əlibarov Lakambek, 34 yaş

4. Xudoberdıyev Kərim, 30 yaş

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *