Zaqatalada 15 yaşlı məktəbli qətlə yetirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Zaqatalada 15 yaşlı məktəbli qətlə yetirilib

Zaqatalada 15 yaşlı məktəbli qətlə yetirilib


Zaqatalada çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilən məktəblinin kimliyi məlum olub.

AzNews.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən məktəblinin Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan, 1999-cu il təvəllüdlü İbrahim Ramin oğlu Əsədzadənin olduğu məlum olub.

Aparılan araşdırma zamanı məlum olub ki, Əsədzadəni Zaqatala şəhər sakini, 2001-ci il təvəllüdlü Murad Möhsüm oğlu Məmmədov qətlə yetirib. 14 yaşlı Murad Məmmədov tutularaq istintaqa təhvil verilib.

Hadisənin baş vermə səbəbləri Zaqatala rayon prokurorluğu tərəfindən araşdırılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *