Tovuz sakini yardımsevərliliyinin qurbanı oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Tovuz sakini yardımsevərliliyinin qurbanı oldu

Tovuz sakini yardımsevərliliyinin qurbanı oldu


Tovuz rayonunda sürücüyə kömək edən sərnişini başqa bir avtomobil vuraraq öldürüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, oktyabrın 11-də gecə saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda Tovuza gələn Əflatun Həsənov özünə məxsus "VAZ 2101" markalı avtomobilində şini dəyişən zaman ona kənardan işıq salan sərnişin, Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev Aşağı Öysüzlü kənd sakini, 1962-ci il təvəllüdlü İmran Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Ağır xəsarət alan M. Mİrzəyev dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *