Bərdədə silahlı insident » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bərdədə silahlı insident

Bərdədə silahlı insident


Bərdə rayonu Zümürxan kəndi yaxınlığındakı kafelərdən birində axşam saatlarında silahlı insident baş verib.

ANSPRESS-in məlumatına görə kafedə əyləşən bir qrup gənc arasında baş verən mübahisə daha sonra davaya çevrilib. Bu zaman tərəflər silaha əl atıb. Tapança və tüfənglə atəş açmağa başlayan gənclər, güllələri qurtardıqdan sonra bir-birinin üzərinə bıçaqla hücum edib. Hadisə zamanı Bərdə rayon sakinləri 31 yaşlı Vaqif Orucov, 33 yaşlı Elgiz Ələkbərov və 34 yaşlı Rəvan Şahbazov müxtəlif dərəcəli xəsarətlər alıb.

Rəvan Şahbazovun tərəfləri ayırmağa çalışarkən yaralandığı deyilir.

Hər üç yaralı Bərdə MRX-na gətirilib. Xəstəxanadan əldə etdiymiz məlumata görə Vaqif Orucov kürək, dizin arxa və ön nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə daxil olub. Yaralının vəziyyəti orta ağırdır. Qarnından bıçaq yarası alan Elgiz Ələkbərov əməliyyata götürülüb. Vəziyyəti nisbətən ağır qiymətləndirilir. Sol budundan iki ədəd bıçaq yarası alan Rəvan Şahbazovun vəziyyəti normal qiymətləndirilir. Yaralıya tibbi yardım olunduqdan sonra evə buraxılıb.

Hadisənin baş verdiyi əraziyə Bərdə rayon polis şöbəsinin əməkdaşları baxış keçirib. Hazırda baş vermiş faktla bağlı araşdırmalar davam edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *