Azərbaycanlı generalın qaynı beynəlxalq axtarışa verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanlı generalın qaynı beynəlxalq axtarışa verildi

Azərbaycanlı generalın qaynı beynəlxalq axtarışa verildi


General Emin Şəkinskinin qaynı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 37 yaşlı Fərid Yusub oğurluq, rəsmi sənədlərin saxtalaşdırılması və Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirləndirilir.

Fərid Yusub ölkədə olmadığı üçün onun barəsində məhkəmənin qərarı ilə həbs qərarı çıxarılıb və dövlətlərarası axtarış elan olunub. Azərbaycan hüquq-mühafizə orqanları onun yerinin müəyyənləşdirilməsi və saxlanılması üçün İnterpola müraciət edib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, Fərid Yusub Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin qaynıdır.

Xatırladaq ki, avqustun 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnarə Şəkinskayanın və övladlarının sərhədi qanunsuz keçmələrinə köməklik göstərməkdə, saxta sənədlər düzəltməkdə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Fərid Yusub da daxil olmaqla bir qrup şəxs E.Şəkinskinin ailəsini ölkədən qaçırmaqda təqsirləndirilir.

Həmin şəxslər Gülnarə Şəkinskayanın, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskilərin dövlət sərhədini qanunsuz keçmələrinə yardım ediblər və bu məqsədlə cinayət əlaqəsinə giriblər.

Bu məqsədlə G.Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindəki dəmir seyfdən 60 min manatı oğurlayıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər - Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev istintaqdan gizləndiklərinə görə barələrində axtarış elan olunub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 30 noyabr 2017 04:48
  • Yazan: bfc
In addition, the watch is Elegant watches uk also equipped with blue ceramic dial and replica watches orange GMT pointer. The pointer and hour scale of rolex watches the watch are made of 18K platinum, and the surface is uk replica watches covered with white Super-LumiNova luminous coating, which makes the blue dial shining and charming.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *