Cavid Hüseynov həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Futbol

Cavid Hüseynov həbs olundu

Cavid Hüseynov həbs olundu


Bir neçə dəqiqə əvvəl Səbail Rayon Məhkəməsində “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov həbs olunub.

AzNews.info xəbər verir ki, bu barədə Musavat.com saytı yazıb.

Saytın məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Səbail Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimatına baxılıb və futbolçu 3 ay müddətinə həbs olunub.

C.Hüseynov barədə Cinayət Məcəlləsinin 307.1, 307.2 - cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. C.Hüseynovun vəkili Adəm Məmmədov məlumatı təsdiqləyib. Bildirib ki, futbolçu barəsində həbs qərarından apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, jurnalist Rasim Əliyev C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib.

Olaydan sonra E.İsmayılov həbs olunub. O da peşəkar idmançıdır, AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E.İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərabər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *