Avtomobil qeydiyyatında yenilik » AzNews.info -Xəbər portalı

Bölmə: Avto

Avtomobil qeydiyyatında yenilik

Avtomobil qeydiyyatında yenilik


Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilib.

ANS PRESS-in məlumatına görə, dəyişiklik "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də öz əksini tapıb.

Nazirlər Kabinetinin qərarına əsasən, mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyatdan keçiriləcək.

Yeni dəyişikliyə əsasən, nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər.

Bununla yanaşı həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.

Digər bir dəyişikliyə görə, nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 9 yanvar 2018 10:48
  • Yazan: herbal21
I will immediately take hold of your rss as I can not in finding your e-mail subscription link or e-newsletter service. obat herbal kanker rahim serviks ampuh

Do you have any' Kindly allow me know in I may subscribe. Thanks. obat herbal jantung bengkak paling ampuh

It's appropriate time to make some plans for the future and it's time to be happy. obat herbal diabetes melitus kering

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *