Audi yeni A7 Sportback təqdim edib » AzNews.info -Xəbər portalı

Bölmə: Avto, Foto

Audi yeni A7 Sportback təqdim edib – FOTO

Audi yeni A7 Sportback təqdim edib

Bir sıra cəlbedici elanlardan sonra premial Audi brendi rəsmi surətdə yeni nəsil 5-qapılı A7 Sportback modelini təqdim edib. Çoxlu sayda ekspertlərin və jurnalistlərin fikrincə, qarşımızda alman şirkəti Audi-nin ən gözəl avtomobili dayanıb.

AzNews.info auto.az-a istinadən bildirir ki,Hetçbek (liftbek) Audi A7 Sportback bu yaxınlarda təqdim edilmiş sedan A8 ilə eyni MLB Evo platformasında yığılıb və onunla bir sıra komponentləri bölüşür. Lakin bu avtomobilləri qarışdırmaq mümkün deyil. Yeni Audi A7 Sportback-in eksteryerinin dizaynın əsasında Prologue Concept konsepti dayanır. Buna baxmayaraq, yeddilik əvvəlki nəslə xarakterik cizgiləri qoruya bilib: xüsusi dam, uzun kapot və s.

Audi A7 Sportback-in qabarit uzunluğu 4969 mm, eni 1908 mm, hündürlüyü isə 1422 mm-dir. Beləliklə, avtomobil 5 mm qısa, 3 mm ensiz və 2 mm hündür alınıb. Lakin təkər bazası 12 mm böyüyərək 2926 mm-ə çatıb. Arxa oturacaq sərnişinlərinin ayaqlarının rahatlığı üçün bu yer də 21 mm böyüyüb.

Dəbli yeni nəsil avtomobili yeni ikiqollu qabaq və beşqollu arxa asılqan alıb. Yeri gəlmişkən, yeni Audi A7 Sportback-in asılqanı 4 versiyada əldə edilə bilər - bazada polad yaylarla, idman variantnda 10 mm aşağı salınmış halda, pnevmatik sistemlə banı tənzimləyən və pnevmatik uyğunlaşan amortizatorlarla. Həmçinin aktiv differensial da əlyetərlidir.

2018 model ili olan yeni Audi A7 Sportback 6-silindrli benzin 3.0 TFSI mühərriki alıb. O, 340 a.g., 500 Nm fırlanma anına malikdir. Mühərrik 7-pilləli S-tronic sürət qutusu və tam ötürücü quattro ultra ilə birgə çalışır. Bu cür tam ötürücülü hetçbək 0-dan 100 km/saata 5,3 saniyəyə sürətlənir.

Yeni avtomobilin interyerinin dizaynı flaqman sedanı Audi A8 ilə eyni üslubda yığılıb. Siz burada iki böyük monitor, - yuxarıdakı informasiya-əyləncə sisteminin, aşağıdakı isə klimatı və avtomobilin digər funksiyalarını, o cümlədən naviqatoru idarə etmək üçündür, - görə bilərsiniz.

Yeni Audi A7 Sportback-in cihazlar paneli yalnız bir variantdadır: 12,3-düymlük rəqəmsal displey. Opsiya qismində proyeksiyalı displey və işığın idarəetməsi üçün sensor əldə etmək olar. Avtomobil üçün səs ilə idarəetmə funksiyası da nəzərdə tutulub.
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib
Audi yeni A7 Sportback təqdim edib

Mənbə: auto.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *